Beynəlxalq Cüdo Federasiyası Olimpiya təsnifat müddətinin vaxtını uzatdı

22:40 10-03-2020 426

Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsi Olimpiya təsnifat müddətinin vaxtını uzadıb.  

HerGun.Az xəbər verir ki, lisenziya xalı verən dörd yarış ləğv olunduğundan, mayın 30-dək olan müddət daha bir ay müddətinə artırılıb.  

İndi idmançıların Olimpiadaya vəsiqə qazanmasına iyunun 30-dək olan reytinq sıralamasından sonra aydınlıq gələcək.  

Bundan başqa, aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün qitə çempionatları, təxirə salınıb.  

Aprelin 30-dək keçirilməli olan bütün yeniyetmə və gənclərin yarışları isə ləğv olunub.  

Səbuhi Musayev