“Qarabağ”ın bazasında dezinfeksiya işləri aparıldı - FOTO

10:00 11-03-2020 483

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

HerGun.Az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə “Qarabağ”ın bazasında dezinfeksiya işləri aparılıb. 

Bazada bütün otaq və dəhlizlərdə, o cümlədən, yeməkxana, sanitar qovşaqları, fitnes zalı və s. yerlər xüsusi dərmanlarla dezinfeksiya olunub.