İtaliya A Seriyasının bütün oyunları təxirə salındı

14:40 11-03-2020 393

Futbol üzrə İtaliya A Seriyasının matçları aprelin 3-dək təxirə salınıb.

HerGun.Az xəbər verir ki, bu barədə İtaliya Milli Olimpiya Komitəsi qərarını açıqlayıb.

Qərara əsasən İtaliyadakı bütün idman yarışları koronavirusa görə təxirə salınıb. Lakin bu, İtaliya klubları və milli komandalarının beynəlxalq yarışlarına aid deyil.

Qeyd edək ki, ötən həftə A Seriyasının oyunları azarkeşsiz keçirilib. Həmçinin, UEFA “Roma” komandasının “Sevilya” ilə Avropa Liqası çərçivəsində keçirəcəyi hər iki matçı azarkeşsiz keçirəcəyini elan edib.

Onu da bildirək ki, İtaliyada 9 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan 463 nəfər dünyasını dəyişib.

Səbuhi Musayev