“Rus ruleti” faciə ilə bitdi - VİDEO

15:40 11-03-2020 551

Rusiyanın Sankt-Peterburq şəhərində gənclərin əyləncə tədbiri faciə ilə nəticələnib. Bununla bağlı kadrları “78.ru” portalı yayıb.

Məlumata görə, əyləncə zamanı ev sahibi atasına məxsus seyfi açaraq oradan silah çıxarıb. Zarafat xatirinə o, guya özünə və tanışına atəş açırmış kimi jest edib, daha sonra silahı ona verib.

Dostu isə tapançanı doldurub və yenidən gəncə uzadıb... Dərhal sonrakı atəş faciə ilə nəticələnib.

Hadisə yerinə gəlmiş polis silahın mənzildə qanunsuz saxlandığını müəyyənləşdirib. Hadisə ilə bağlı istintaqa başlanıb.