Şirvanda oğul atasını yumruqla öldürüb

01:40 12-03-2020 546

Şirvanda dəhşətli qətl törədilib. 

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş verib.

43 yaşlı Xanışov Elşən Zeynal oğlu atası 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə mübahisə edib, bu zaman E.Xanışov atasını yumruq zərbəsi ilə vuraraq qətlə yetirib.

Oğul saxlanılıb. Z.Xanışovun meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Hazırda faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.