Prezidentin Ukraynaya səfir təyin etdiyi Elmira Axundova kimdir? - DOSYE

14:20 12-03-2020 476

verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

HerGun.Az-ın məlumata görə, E.Axundova nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatıdır. 

2003-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 

2018-ci ilin mayın 25-də dövlət başçısının digər sərəncamı ilə Elmira Axundovaya Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycanın “Xalq yazıçısı” fəxri adı verilib.

Samir İsayev