Azərbaycanın xanım səfirləri - ADLAR

14:40 12-03-2020 433

Prezident İlham Əliyevin sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin olunub.

HerGun.Az-ın məlumatına görə, bununla da Azərbaycanın xaricdəki diplomatik missiyalarının xanım rəhbərlərinin sayı üç nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycanın Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovadır.

Xanım İbrahimova isə Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir.

Aqşin Kərimov