Xorultu qorxulu xəstəliklərdən xəbər verə bilər

04:40 14-03-2020 489

Adi xorultu infarkt və ya insultun ola biləcəyindən xəbər verir. 

Rusiya KİV-lərinin məlumatına əsasən, bu barədə həkim Svetlana Vostruxova bildirib.

“Xorultu beyin və ürək qan dövranının işinin pozulmasından, yəni insult və ya infarkt riskindən xəbər verə bilər”, - həkim deyib. 

O əlavə edib ki, xoruldayan kişilərdə insult riski “sakit” yaşıdları ilə müqayisədə üç qat çoxdur.

Həkimin sözlərinə əsasən, yuxu problemləri yaşayan xəstələrin yarısından çoxu nəfəsin dayanması sindromundan, yəni apnoedən də əziyyət çəkirlər. Bu xəstəliyin yeganə simptomu xoruldamaqdır.