Dünyanın ən gözəl qadını 90-cı illərin ən pis trendlərini dəbə qaytardı - FOTO

08:20 15-03-2020 459

Dünyanın ən gözəl qadını adlandırılan model Bella Hadid keçmişin bəzi trendlərini yenə moda dünyasına qaytarıb.

Bu barədə yazan “New York Post” onları 90-cı illərin ən pis trendləri adlandırır.

90-cı illərin tendensiyalarından ilhamlanan 23 yaşlı Hədid son moda həftələri ərzində dəfələrlə ekstravaqant obrazlarda görünüb. Belə ki, o, Paris moda həftəsində pərəstişkarları qarşısına “Balenciaga” moda evinin сins dəstində çıxıb. Moda gecəsində onun əynində iri ölçülü sallanan сins şalvar, uzun сins köynək və uzun plaş olub. 

Hədidin dəbə qaytardığı daha bir trend rəngli panamalar olub. Nyu-Yorkda və Parisdə moda gecələrində model birinci gün ağ, ikinci gün qum rəngində, üçüncü gün isə üzərində qara kvadratlar olan qəhvəyi xəz panama taxıb.

Jurnalistlərin fikrincə, supermodel dəbə 20 il əvvəl aktual olan rəngli linzaları da qaytarıb. Belə ki, moda həftələrində dünyanın ən gözəl qadını dəfələrlə kəhrəba rəngli linzaları olan düzbucaqlı formalı eynəklər taxıb.