Salyanda maşın yolu keçmək istəyən piyadanı vurub öldürdü

11:00 15-03-2020 582

Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

AZƏRTAC xəbər verir ki, hadisə ötən gecə şəhərdəki “Ay işığı” ticarət mərkəzinin qarşısında baş verib.

Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Hüseyn oğlu yolu keçmək istəyərkən onu “Mercedes” markalı minik avtomobili vurub. Yaralı Salyan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.