ABŞ-da ilk dəfə olaraq koronavirus peyvəndi test edilir

09:20 16-03-2020 332

Bu gün ABŞ-da ilk dəfə olaraq koronavirus peyvəndi test ediləcək.

“HaberGlobal”ın məlumatına görə, koronavirusun peyvəndi Vaşinqton ştatında testdən keçiriləcək.

Xəbərdə bildirilir ki, test 45 yaşlı sağlam şəxs üzərində sınaqdan keçiriləcək.

Virusa yoluxmadığı bildirilən həmin şəxsə peyvənd tətbiq edilməklə onun yan təsirləri müəyyənləşdiriləcək.

Səlahiyyətlilər koronavirusa yoluxan şəxslər arasında bu peyvəndin formalaşdırılmasının səkkiz ay və ya bir il ərzində mümkün olacağını bildiriliblər.

Qeyd edək ki, dünyada 156000-dən çox insan koronavirusa yoluxub. Onlardan 5800 nəfəri bu virusdan həyatlarını itirib.