Ağdamda 17 yaşlı gənc göldə boğuldu
22:09 11-07-2019 644
Ağdam rayonunda bədbəxt hadisə baş verib.
HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.
Rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Quliyev qəsəbə ərazisindəki göldə çimərkən boğulub.
17 yaşlı gəncin meyitinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.