Koronavirusa yoluxmuş cazibədar aktrisa xəstəxanaya buraxılmayıb - FOTO

18:00 17-03-2020 672

Koronavirusa yoluxmuş məşhur aktrisa Olqa Kurilenko xəstəxanaya aparılmayıb. Bu barədə Hollivud ulduzu özünün “Instagram” hesabında yazıb.

Onun sözlərinə görə, tibbi müəssisələr dolub. Bu səbəbdən xəstəxanalara ancaq vəziyyəti ağır olanlar buraxılır.

“Mənə dedilər ki, halım pisləşərsə təcili yardıma zəng edim”, - deyə Kurilenko bildirib. O, vurğulayıb ki, virusa harada yoluxduğunu bilmir.