Bakıda iki qəzada iki qadın vuruldu

00:54 12-07-2019 11

Bakıda piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

HerGun.Az xəbər verir ki, qəzalardan biri Xətai rayonunda olub.

25 yaşlı qızı avtomobil vurub. Hadisə Nobel prospektində baş verib.

Minik avtomobili yolu keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Zeynalova Gülnisə Səyavuş qızını vurub.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Növbəti hadisə Xəzər rayonunda, Qala yolunda baş verib.

Burada isə 46 yaşlı qadını avtomobil vurub.

“VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu