Koronavirus fürsətçilərinin sarımsaq böhranı - VİDEO

15:20 18-03-2020 417

Çin həkimləri koronavirusla mübarizədə əldə etdikləri uğurlara görə xalq təbabətinə borclu olduqlarını bəyan etdilər. Bizim də məşhur zoğal mürəbbəmiz və sarımsağımız var.

Baku TV xəbər verir ki, bazarlarda sarımsaq qıtlığı var. Satışda olan məhsul isə qat-qat baha qiymətə təklif olunur. 

Sarımsağın qonşu ölkələrə, xüsusilə Rusiya bazarına çıxarılması yaranan qıtlığın əsas səbəbidir. Amma infeksion aktivliyin artığı belə bir zamanda bu bitkiyə yerli tələbat xüsusilə çoxalıb. Bu da süni qiymət artımı yaradıb.

Satıcılar qiymət artımının onlardan qaynaqlamadığını bildirirlər. Onlar bu məsələdə məhsulun topdan satışı ilə məşğul olan şəxsləri günahlandırırlar.