Türkiyə təyyarələri PKK terrorçularını Şımali İraqda hədəfə aldı

03:09 12-07-2019 49

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında yerləşən Avaşin-Basyan və Metina rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.
 
“Anadolu” agentliyi bunu Milli müdafiə nazirliyinə istinadən bildirib.  
 
Xəbər verilir ki, zərbələr nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.
 
Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.