Ronaldunun nişanlısını tənqid atəşinə tutdular

03:40 19-03-2020 434

Portuqaliyalı futbol fenomeni Kriştianu Ronaldunun nişanlısı Corcina Rodriqes sosial şəbəkələrdə tənqid atəşinə tuş gəlib.

“Sports.ru” xəbər verir ki, Corcina sosial şəbəkələrdə təyyarə ilə Madeyra adasına gedərək orada alış-veriş etməsini əks etdirən şəkillər paylaşıb.

Bundan əlavə, koronavirusa görə karantində qalmaq yerinə C.Rodriqes ticarət mərkəzlərinin birində görülüb.

İnternet istifadəçiləri Corcinanı Kriştianu Ronalduya qarşı düşüncəsizlikdə ittiham ediblər.

Qeyd etmək lazmdır ki, K.Ronaldunun səhhəti təhlükə altındadır, çünki onun komanda yoldaşları olan Daniele Ruqani, Paulo Dibala və Blez Matyüidi koronavirusa yoluxub.