Londonda ictimai nəqliyyat məhdudlaşdırılacaq

06:00 19-03-2020 331

Martın 19-dan Böyük Britaniyanın paytaxtı Londonda onlarla metro stansiyası bağlanacaq, avtobus marşrutları məhdudlaşdırılacaq.

“RİA Novosti” xəbər verir ki, bu qaydalar koronavirusla mübarizə çərçivəsində tətbiq edilir.

Məlumata əsasən, cümə axşamı 40-a yaxın metro stansiyası bağlanacaq.

Cümə günü isə “Waterloo & City line” metro xəttində qatarların gedişatı dayandırılacaq.