İtaliyada koronavirusun qurbanlarının 99%-i başqa xəstəliklərdən əziyyət çəkirmiş

08:00 19-03-2020 343

İtaliyanın yerli səhiyyə orqanının apardığı araşdırmaların nəticəsinə əsasən, ölkədə koronavirus qurbanlarının 99%-i başqa xəstəliklərdən əziyyət çəkirmiş.

“Bloomberg” xəbər verir ki, hesabata görə, ölənlərin yalnız 0,8%-i xroniki xəstəliklərdən əziyyət çəkmirmiş.

Koronavirus qurbanlarının təxminən yarısında ən azı üç, 25%-də isə  bir və ya iki digər xroniki xəstəlik aşkar olunub.