AMEA-dan koronavirus açıqlaması: “Bolluca istirahət edin” - VİDEO

09:40 19-03-2020 397

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın qaydalarını açıqlayıb. 

Bildirilir ki, koronavirus tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslardan biridir. Virusla mübarizə məsuliyyətsiz davranışı qəbul etmir. 

AMEA-nın Elmi İşlər üzrə direktor müavini Ələmdar Məmmədov Baku.Tv-yə bildirib ki, virusla mübarizə aparmaq üçün immunitet gücləndirilməlidir. 

“Yaxşı istirahət etmək vacibdir. Şəxsi gigiyena qaydalarına əməl olunmalı, düzgün qidalanmaq lazımdır”, - deyə o əlavə edib. 

Qeyd etmək lazımdır ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın gigiyena qaydalarına əməl etməsi olduqca vacibdir.