İlin ən yaxşı Novruz layihəsi adına iddialı film-konsert üzərində işlər yekunlaşıb

13:20 19-03-2020 349

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ilin ən yaxşı Novruz layihəsi adına iddialı bayram film-konserti üzərində işlər başa çatıb. 

AzTV-nin bədii rəhbəri Ranar Musayev və komandası “Kralların Savaşı” adlı musiqili film üzərində bir aydan çox çalışıb.

Layihədə müasir Azərbaycan kinosunun gənc aktyorları, yerli estrada ulduzları və populyar televiziya aparıcıları yer alıb. Fərqli ekran işində peşəkarların yaratdığı qrim, mükəmməl geyimlər, möhtəşəm dekorasiyalar xüsusilə diqqət çəkir və onların hər biri əsl sənət əsəri adlandırıla bilər.

Layihənin ideya müəllifi Ranar Musayev, art-direktoru Ülviyyə Könül, quruluşçu rejissoru Elvin Əhmədoğlu, prodüseri isə Zamiq Alövsətoğludur.

“Kralların Savaşı” adlı musiqili film martın 20-si saat 20:20-də AzTV-də yayımlanacaq.