Sudanda bir qrup hərbçi Hərbi Şuranı devirməyə cəhd edib

05:54 12-07-2019 619

Sudanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

RİA Novosti” xəbər verir ki, Sudan təhlükəsizlik qüvvələri 12 zabiti və 4 zabit köməkçisini həbs edib.

Lakin, hakimiyyətdə olan keçid Hərbi Şuranın təmsilçisi bildirib ki, qiyamın təşkilatçısı hələ də azadlıqdadır.

Qiyamçılar Hərbi Şura ilə müxalifət arasında bağlanılacaq sazişə qarşı çıxıblar.

Şura həbs olunanların dindirilməsinə başlayıb, digər həbslərin olunacağı ehtimal edilir.