Türkiyədə koronavirusdan ölənlərin sayı dördə çatıb

01:40 20-03-2020 369

Türkiyədə koronavirus pandemiyası nəticəsində ölənlərin sayı dördə çatıb.

“Haber Global” xəbər verir ki, bu faktı Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir deyib ki, son 24 saatda daha 191 nəfərin tes nəticələri pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.