Türkiyədə koronavirusa yoluxanların sayı 359 nəfərə çatdı

02:20 20-03-2020 329

Türkiyədə koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb və dörd nəfər xəstəlikdən həyatını itirib.

“RİA Novosti” xəbər verir ki, bunu ölkənin Səhiyyə Naziri Fahrettin Koca bəyan edib.

Daha əvvəl ölkədə koronavirusa 191 nəfərin yoluxduğu və üç nəfərin öldüyü bildirilirdi.

“Son 24 saat ərzində yoxlanılan 1981 testdən 168-i müsbət çıxıb. Xəstələrin sayı 359 nəfərə çatıb. Təəsüflə qeyd etməliyəm ki, 85 yaşlı vətəndaşımz həyatını itirib. Koronavirusun qurbanlarının sayı dördə çatıb”, - deyə Koca öz “Twitter” hesabında yazıb.