Koronavirusun daha bir simptomu müəyyən edildi

06:40 20-03-2020 317

Həkimlər koronavirusda müşahidə olunan daha bir simptom haqqında bəyan ediblər.

“The American Journal of Gastroenterology" və "Clinical Gastroenterology and Hepatology” jurnalında dərc edilə araşdırmalarda söhbət həzm prosesinin pozulmasından gedir.

Birinci araşdırma xəstəliyin yayılma mərkəzi sayılan Uhan şəhərindəki üç xəstəxanada aparılıb.

18 fevraldan 8 martadək 204 xəstədə aparılan müşahidələr bunu deməyə imkan verir.

Koronavirusa yoluxanların yarıdan çoxu ilk növbədə həzm problemlərindən – diareya və anoreksiyadan (iştahanın kəsilməsi) şikayət edirdilər. Digər simptomlar sırasında ürəkbulanma, qusma və qarın ağrılarını qeyd etmək olar.

Araşdırmaya əsasən, respirator simptomlu insanlarla müqayisədə, həzm prosesi ilə bağlı simptomlardan şikayət edən insanlarda koronavirus daha gec müəyyən edilib.

Bundan əlavə, onlar xəstəxanada daha uzun müddət keçirib və müalicəsi daha ağır keçib.