“Gəlir deklarasiyası haqqında” qanun niyə qəbul edilmir? - VİDEO

17:00 20-03-2020 625

Bu gün Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir. 

Baku TV xəbər verir ki, ortada 15 il əvvəl qəbul edilən “Gəlir deklarasiyası haqqında” qanun var.

Qanuna əsasən, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməli idilər.

Qanunun qəbulundan sonra ölkə başçısı Nazirlər Kabinetinə üç ay vaxt vermişdi ki, təlimatlar hazırlanıb həyata keçirilsin. Həmin ildən artıq illər keçib, təəssüflər olsun ki, hökumət o təlimat və qaydaları hazırlayıb ortalığa çıxarda bilməyib. 

Ekspertlər isə şəffaflığı təmin etmək, müəyyən qədər korrupsiyanın qarşısını almaq üçün deklarasiyanın həll edilməsini vacib sayırlar.