Türkiyədə koronavirusdan ölənlərin sayı doqquz nəfərə çatdı

01:20 21-03-2020 344

Türkiyədə koronavirusa yoluxanların sayı gün ərzində demək olar, iki dəfə artıb. 

HerGun.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

O qeyd edib ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 670 nəfərə çatıb. 

Nazir “Twitter” hesabından belə yazıb:  

“Son 24 saat ərzində koronavirusla bağlı 3 656 test keçirilib, onlardan 311-i müsbət nəticə verib. Xəstələnənlərin sayı 670 nəfərə çatdı. Biz bu gün daha 5 yaşlı və zəif insanı itirdik. Doqquz insan öldü”. 

Qeyd edək ki, daha əvvəl bildirilimişdi ki, Türkiyədə koronavirusa yoluxanların sayı 191 nəfərdən 359 nəfərə yüksəlib, 4 xəstə ölüb.