UEFA Millətlər Liqası və Avropa çempionatının oyunlarını təxirə saldı

02:00 21-03-2020 459

2021-ci il Millətlər Liqası, eləcə də gənclər və qadınlar arasında Avropa çempionatlarının final mərhələsinin vaxtı dəyişdiriləcək.  

“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu aya planlaşdırılmış pley-off oyunları beynəlxalq matçlar üçün pəncərənin açılacağı iyunda olacaq. Bu tarix vəziyyətin qiymətləndirilməsindən sonra dəyişdirilə bilər. 2021-ci ilin iyununa təyin olunmuş üçüncü və dördüncü turun qarşılaşmaları isə təxirə salınacaq.  

Gələn ilin iyun-iyulunda keçirilməli olan Millətlər Liqasının final mərhələsi, gənclər və qadınlar arasında Avropa çempionatı da ertələnəcək. Klublar öz oyunçularını təxirə salınmış bütün oyunlar üçün yığmalara göndərəcəklər.  

Qeyd edək ki, UEFA Avropa çempionatını koronavirus pandemiyası ilə əlaqədar 12 iyun - 12 iyuldan 2021-ci il 11 iyun - 11 iyula təxirə salıb.