Böyük Britaniyada ərzaq mağazasının önündə nəhəng növbə yarandı - VİDEO

18:00 21-03-2020 418

London yaxınlığında yerləşən Nyu-Malden qəsəbəsində səhər saatlarından başlayaraq ərzaq mağazalarının birinin qarşısında yaranmış nəhəng növbənin görüntüləri yayımlanıb.

“Daily Mail” xəbər verir ki, insanlar koronavirus təhlükəsi ilə əlaqədar ehtiyat qida almaq məqsədilə ərzaq dükanlarına axın edir və nəticədə, uzun növbələr yaranır.

Xəbərdə həmçinin qeyd olunur ki, səhiyyə işçilərinin və yaşlı insanların ərzaq mağazalarına növbə gözləmədən daxil olmalarına icazə verilir. Həmçinin, yaranan sıxlıqla əlaqədar bəzi mağazalarda təhlükəsizlik işçilərinin sayı artırılıb.