Paulo Dibala koronavirusa yoluxdu
23:00 21-03-2020 517
İtaliyanın “Yuventus” klubunun və Argentina milli komandasının ulduz hücumçusu Paulo Dibala koronavirusa yoluxub.
Futbolçu özünün sosial media hesabında bu barədə açıqlama verib.
O bildirib ki, sevgilisi də koronavirusa yoluxub.
Xatırladaq ki, bu artıq Turin klubunun koronavirus testi pozitiv nəticələnən üçüncü futbolçusudur.