Koronavirusa yoluxmuş aktyorun həyat yoldaşı izolyasiyadan imtina etdi, bir həftə sonra o da xəstəliyə tutuldu

21:20 22-03-2020 16

Koronavirusa yoluxmuş britaniyalı aktyor İdris Elbanın həyat yoldaşı Sabrina ərindən izolyasiya olmaqdan imtina etmişdi.

“Daily Mail” xəbər yayıb ki, artıq Sabrinada da bu virus aşkarlanıb.

Qadın deyib ki, əri ilə birlikdə qalmaq qərarını özü verib. Karantini İdris Elbasız keçirmək istəməyən qadın bunu “həyat yoldaşı instinkti” ilə əlaqələndirib.

Ərindən bir həftə sonra koronavirusa yoluxan Sabrina da əri kimi özünü yaxşı hiss etdiyini deyib. Cütlük bildirib ki, vaxtlarını videooyunlar və şahmat oynamaqla keçirirlər.