Azərbaycanda "Mall"lar rəsmən fəaliyyətini dayandırdı - FOTO/VİDEO

05:20 23-03-2020 489

Ölkə ərazisində koronavirusla mübarizə tədbirləri davam etdirilir.

HerGun.Az xəbər verir ki, əhalinin sıx toplaşdığı ərazilər sosial izolyasiya tədbirlərinə cəlb edilib.

Koronavirusun ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir.

Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.

Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb.

Bununla əlaqədar olaraq, ölkədə fəaliyyət göstərən kafe və restoranların fəaliyyəti saat 15:00-dan sonra dayandırılıb.

Qərargahın növbəti məlumatında isə martın 23-ü saat 00:00-dan etibarən isə ölkədə olan bütün iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti 1 ay müddətinə dayandırılıb.

Qeyd edək ki, ticarət mərkəzləri və “Mall”ların nəzdində olan ərzaq mağazaları və apteklər fəaliyyətini davam etdirəcək.

Kamil Əmirli

Orxan Hüseynzadə