Dövlət Gömrük Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat ayırdı

20:20 23-03-2020 339

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə Dövlət Gömrük Komitəsi tərəfindən də dəstək verilib.

HerGun.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli  Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.