İt zəlzələni öncədən hiss etdi – VİDEO

06:20 24-03-2020 673

Sosial şəbəkələrdə heyvanların zəlzələni öncədən hiss etdiyini sübuta yetirən video yayılıb.

ABŞ-ın Yuta ştatında yaşayan Morqan ailəsinin evində quraçdırılan müşahidə kameraları Bear ləqəbli itin zəlzələdən öncə özünü necə apardığını lentə alıb.

Divanın üzərində uzanan it ilk növbədə gözlərini açır. Sonra gərgin olan it başını qaldıraraq ətrafa boylanır.

Bir müddət sonra ev silkələnməyə başlayır. Bu vəziyyətdən qorxan Bear ev sahiblərinin yanına qaçır.

Ev sahibinin sözlərinə əsasən, it zəlzələdən bir saat öncə özünü narahat hiss edirmiş. O, evin içində ora-bura qaçırmış.