Oqtay Əsədovdan Zahid Oruca: Sən danışmayanda darıxırıq

13:27 12-07-2019 6

Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb.

HerGun.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Z.Oruc üç ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini, bu siyasətin düzgün qurulmalı olduğunu bildirib.

Buna misal kimi Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümünə toxunan deputat qeyd edib:

“Baş Prokurorluq, Ədliyyə Nazirliyi Penitensiar Xidmət məhbus öləndən üç gün sonra açıqlama verdilər. Bu, düzgün yanaşma deyil”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Zahid Oruca irad tutub:

“Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış”.

Rasim Babayev