Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dənizə düşüb

01:20 26-03-2020 529

Rusiyanın “Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib. 

RİA xəbər verir ki, faktı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiya şəhərindən 50 kilometr məsafədə radarlardan itib.

Təyyarənin Qara dənizə düşdüyü bildirilir. Hazırda əlverişsiz hava şəraitinə baxmayaraq, pilotun axtarışları gedir.