Ərdoğan Türkiyə xalqına “Evdə qal” çağırışı etdi - VİDEO

01:40 26-03-2020 570

“İzolyasiya tədbirləri ilə koronavirusun yayılma sürətinin qarşısını 2-3 həftə ərzində almaq və bu mərhələdən qısa zamanda ən az ziyanla çıxmaq mümkündür”.

Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda xalqa müraciətində səsləndirib. O deyib ki, Türkiyə xəstəlik meydana çıxdığı andan tədbirlər görməyə başlayıb. 

Prezident hər cür ssenariyə hazır olduqlarını da dilə gətirib:

“Rəbbimiz bu məsələdə də yanımızda olacaq. Bu gün ölkəmiz, Səhiyyə Nazirliyi, universitet və özəl sektorlarda 165 min həkim, 205 min tibb bacısı, 490 min tibb işçisi və 360 min dəstək heyəti ilə çalışır.

Hər bir vətəndaşımızın həyatı bizim üçün qiymətlidir. Buna görə də “Evdə qal, Türkiyə” deyirik”.