Ukraynada sərxoş polislər avtomobilin üzərinə idrar edib onun sahibini güllələdilər

08:40 26-03-2020 473

Ukraynanın Nikolayev şəhərində sərxoş polislər həyətdə duran avtomobillərdən birinin üzərinə idrar ediblər və öz etirazını bildirən maşının sahibini güllələyiblər.

“Kanal 24” xəbər verir ki, polislər ayaq yoluna getmədən idrar etməyi qərarlaşdırıblar.

Yerli sakinləri narahat etməmək üçün onlar öz işini həyətdə duran avtomobillərdən birinin üzərinə ediblər.

Bu zaman eyvanda olan avtomobilin sahibi onlara öz iradını bildirib.

Əvəzində polislər mülki şəxsi təhqir ediblər.

Buna dözməyən yerli sakin həyətə düşərək mübahisə etməyə başlayıb.

Mübahisə zamanı polislərdən biri gözlənilmədən vətəndaşa travmatik silahdan üç dəfə atəş açıb.

Nəticədə avtomobilin sahibi sağ qalsa da başından yaralanıb.