Bakıda gənc qız beşinci mərtəbədən yıxılaraq öldü

09:20 26-03-2020 535

Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.

Report xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Bəkir Çobanzadə küçəsində, 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı beşinci mərtəbədən yıxılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.