Bakıda koronavirusa qarşı dezinfeksiya ödənişlidir? - VİDEO

14:20 26-03-2020 512

Bəzi paytaxt sakinləri dezinfeksiya tədbirlərinin pullu olduğunu iddia edirlər.

HerGun.Az xəbər verir ki, məsələ ilə bağlı sosial şəbəkədə video paylaşılıb. Hadisənin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verdiyi deyilir.

Videoda vətəndaşlar obyektlərin dezinfeksiya edilməsini istəyir. Əynində ağ xalat olan və özünü təqdim etməyən şəxs isə buna mane olmağa çalışır.

Vətəndaşlar iddia edirlər ki, Qaraçuxur bələdiyyəsinin nümayəndələri və dezinfeksiya xidmətinin əməkdaşları onlardan 50 manat pul istəyib. Bildiriblər ki, pul verməyən vətəndaşların obyektlərini dezinfeksiya etməyəcəklər.

“Bizdən pul tələb edirlər. Məsələ ilə bağlı şikayət edəcəyimizi dedik. Bizə “Kimə və hara istəsəniz, şikayət edə bilərsiniz” dedilər”, - vətəndaşlar əlavə edib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli