Uşaq toyda partlayış törətdi: onlarla ölü və yaralı - Əfqanıstanda

14:36 12-07-2019 860

Əfqanıstanın şərqində yerləşən Nanqərhar əyalətində keçirilən toy məclisində partlayış törədilib.

Russia Today” xəbər verir ki, insident nəticəsində azı beş nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb.

Qeyd edilir ki, partlayıcı qurğunu uşaq işə salıb.

Hadisə qurbanlarının sayının artacağı ehtimal edilir.