Britni Spirs Useyn Boltun rekordunu “qırdı”

08:20 27-03-2020 490

38 yaşlı Bitni Spirs öz “İnstagram” səhifəsində idman nailiyyətləri barəsində paylaşım edib.

“The Mirror” xəbər verir ki, məşhur müğənninin paylaşığı nəticələrə əsasən, o 100 metr məsafəni 5,97 saniyəyə qət edib.

Qeyd etmək lazımdır ki, bu məsafədə rekordu 2009-cu ildə Useyn Bolt qoyub.

Dünya şöhrətli atlet 100 metri 9,58 saniyəyə qət edib.

Lakin Britni Spirs iddia edir ki, əvvəllər bu məsafəni 6-7 saniyəyə qaçırmış.

Yeri gəlmişkən, məşhur müğənninin izləyiciləri onun sözlərinə inanmayıb.