Parlament yanında komissiya: Üzvlüyə namizədlərin adları məlum oldu - SİYAHI

11:40 27-03-2020 417

Milli Məclis yanında Toponimiya komissiyasının üzvlüyünə namizədlərin adları müəyyən olunub. 

HerGun.Az-ın əldə etdiyi məlumata görə, Toponomiya komissiyasının üzvlüyünə deputat namizədlər siyahısına Nizami Cəfərov, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Musa Quliyev daxildir.

Komissiyanın deputat olmayan üzvlüyünə namizədlər isə aşağıdakılardır:

Elmir Ələkbərov, Möhsün Nağısoylu, Ramiz Məmmədov, Qara Bəşirli, Mahirə Abbasova, İlkin Abbasov.

Məsələ Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, beşinci çağırış Milli Məclisdə Toponimiya komissiyasının sədri İsa Həbibbəyli olub.

Aqşin Kərimov