Bakıda ölümün qarasına ağ paltarla qarşı çıxanlar - FOTOREPORTAJ

16:00 27-03-2020 339

Bakıda koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri davam etdirilir.

Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti başçısının verdiyi müvafiq göstərişə əsasən, ABAD (Ailə Biznesinə Asan Dəstək) ölkə ərazisində aparılan dezinfeksiya tədbirlərinə dəstək olub.

Belə ki, bu gün ABAD tərəfindən qurumun mərkəzlərinin yerləşdiyi ərazilərin yaxınlığında yerləşən mərkəzi küçələrdə, paytaxtın Nizami küçəsində, eləcə də, məhəllələrarası yollarda, parklarda və həyətlərdə dezinfeksiya işləri aparılıb.

Məqsəd bu çətin günlərdə hökumət tərəfindən atılan addımlara dəstək ifadə etməkdir.

HerGun.Az-ın fotoqrafı şəhərin mərkəzində aparılan dezinfeksiya işlərini kamerasının yaddaşına köçürüb:

Ramil Zeynalov