Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı

23:40 27-03-2020 336

Türkiyədə koronavirusa yoluxanların sayı durmadan artır. Son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 2069 nəfər artaraq, 5698-ə çatıb. 

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Koronavirusdan ölənlərin sayı da artıb. Gün ərzində 17 nəfər pandemiyadan vəfat edib ki, bu da Türkiyə ərazisində koronavirusdan ümumi ölüm sayının 92-yə çatması deməkdir.