Azərbaycanlı idmançının çempionluğu müdafiə edəcəyi döyüş sual altına düşdü

16:40 28-03-2020 436

MMA döyüşçüsü Nəriman Abbasovun çempionluq kəmərini müdafiə edəcəyi döyüş baş tutmaya bilər.

HerGun.Az xəbər verir ki, buna səbəb dünəndən Rusiyanın bütün beynəlxalq aviareyslərə qeyri-müəyyən müddətədək məhdudiyyət qoymasıdır.

Nəriman Abbasovun Rusiya vətəndaşı Mixail Qoqitidze ilə aprelin 18-nə təyin olunmuş “Fight Nights Global 98” döyüş gecəsi çərçivəsində qarşılaşması bu səbəbdən alınmaya bilər. İdmançının şəxsi məşqçisi Şəhriyar Abbasov isə hadisələrə nikbin yanaşır:

“Rusiyada karantin 10 aprelədəkdir. “Fight Nights”lə danışmışıq, onlar son anadək gözləyəcək. Tamaşaçısız da olsa, bu döyüşü keçirmək istəyirlər. Uçuşlar bərpa olsa, biz də Moskvaya gedəcəyik. Düşünürəm ki, aprelin 5-dən sonra hər şeyə aydınlıq gələcək”.

Səbuhi Musayev