Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

21:00 28-03-2020 322

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.  

Təhsil Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşəcək. 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.