Bakıda sərnişin avtobusu qəzaya uğradı, xəsarət alanlar var

03:00 29-03-2020 361

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Qızıldaş qəsəbəsində sərnişin avtobusu digər avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər – 1965-ci il təvəllüdlü Məmmədov Nazim Oruc oğlu və 1975-ci il təvəllüdlü Nəcəfova Əminə Nəriman qızı xəsarət alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

N.Məmmədova bədənin müştərək travması, Ə.Nəcəfovaya isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Fakt araşdırılır.