Britaniyada koronavirusu sağalanların qanı ilə müalicə edə bilərlər

04:00 29-03-2020 359

Britaniyalı həkimlər koronavirusla mübarizədə bu xəstəlikdən sağalanların qanından istifadə etməyi planlaşdırırlar.

“The Telegraph”ın verdiyi məlumata əsasən, hazırda həkimlər Birləşmiş Krallığın tibbi müşahidə orqanından icazə gözləyirlər. Cavabın yaxın zamanlarda veriləcəyi bildirilir.

Qeyd edək ki, bu müalicə növü ilk dəfə praktikada 1918-ci ildə “ispan qripi” pandemiyası zamanı istifadə olunmuşdu.