Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: yeddi yaralı

16:18 12-07-2019 12

Tbilisi-Batumi avtomobil magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Gürcüstan”ın məlumatına əsasən, yolun Lançxuti bölgəsindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Bədbəxt hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var.

Xəsarət alanlara xəstəxanada tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.